AHİK Qarabağ Dirçəliş Fonduna 650 min manat vəsait köçürüb
Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini erməni işğalından azad edərək tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb.

Fondun dəstəyi ilə mərkəzləşdirilmiş qaydada görülən işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulur, infrastruktur yaradılır, müasir şəhər, qəsəbə və kəndlər salınır.

Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına müxtəlif vaxtlarda ianələr edirlər. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 28 yanvar və 11 mart 2021-ci il tarixli qərarları ilə Fondun hesabına ümumilikdə 600 000 manat köçürülüb.

Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərinə dəstəyin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart 2022-ci il qərarı ilə  daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo