Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
ATİAHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə baş tutan aksiyada rayonun təhsil işçiləri iştirak ediblər.
Aksiya ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətimizdə təbiətə qayğının artırılması, yaşıllıqların çoxaldılması məqsədilə təşkil olunub. Əraziyə relyefə və iqlimə uyğun müxtəlif növ dekorativ və meyvə ağacları əkilərək suvarılıb, təmizlik və abadlıq işləri həyata keçirilib. Komitədən bildirilib ki, aksiya bundan sonra da davam etdiriləcək.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo