Neftçalada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik təşkil olunub

Neftçala rayonunda təhsil işçilərinin iştirakı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib.
ATİAHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə 100-dən artıq ittifaq üzvü iştirak edib.
Tədbirdə çıxış edənlər 2023-cü ildə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, artan iqtisadi qüdrətindən, təhsil sahəsinə dövlətimizin diqqət və qayğısından, müəllimlərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində atılan addımlardan danışıblar.
Həmçinin iştirakçılar üçün süfrə açılıb, musiqi proqramı təqdim olunub. Sonda müəllimlər onlara göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo