Neftçalada Aprel şəhidinin anım mərasimi keçirilib

2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun anım mərasimi keçirilib. Şəhidin adını daşıyan Neftçala şəhər 1 №-li məktəbdə təşkil olunan tədbirdə ATİAHİ Neftçala rayon komitəsinin əməkdaşları da iştirak ediblər.
Mərasimdə şəhidin şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açılıb, əziz xatirəsi dərin ehtiramla yad edilib. Bildirilib ki, bütün şəhidlərimizin, o cümlədən Samidin ruhu bu gün şaddır, çünki can verdiyi Vətən torpağı azad olunub. Üçrəngli, ay ulduzlu bayrağımız Şərqi Zəngəzurda və Qarabağda əzəmətlə dalğalanır.
Həmçinin iştirakçılar qəhrəmanımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Məktəbin şagirdləri onun məzarı üzərində vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo