Azərbaycan həmkarlar təşkilatları hər zaman şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, həmçinin aztəminatlı ailələrə dəstək olur, bayramlarda, əlamətdar günlərdə onlara baş çəkir, maddi-mənəvi dəstək göstərirlər.
Ənənənin davamı olaraq Ramazan bayramı ilə əlaqədar ATİAHİ Neftçala rayon komitəsi 62 nəfər aztəminatlı ittifaq üzvünə, o cümlədən şəhid ailəsi və Vətən müharibəsi iştirakçılarına yardım bağlamaları təqdim edib.