Neftçala rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib. ATİAHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, həmçinin Vətən müharibəsinin iştirakçısı olmuş təhsil işçiləri iştirak ediblər.
Çıxış edənlər gəlişi ilə xoş ovqat yaradan, sevinc və şadlıq gətirən Novruzun tarixindən, biri-birindən maraqlı adətlərindən, ölkəmizdə bu bayrama olan maraqdan danışıblar. Bildirilib ki, Novruz hər il xalqımız tərəfindən yüksək səviyyədə qeyd edilir və artıq üç ildir ki, qələbə sevinci Novruza əlavə rəng qatıb.
Bayram tədbirində ATİAHİ tərəfindən hazırlanmış “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı da olub. Qeyd olunub ki, Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan Vətən müharibəsində ölkəmizin müəllimləri, təhsil işçiləri yaxından iştirak etdilər, onlar bu Zəfərin qazanılmasında böyük pay sahibidirlər. Kitabın hazırlanmasında məqsəd də odur ki, onlar cəmiyyətdə tanınsın. Digər çıxış edənlər kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür ediblər. Sonda iştirakçılara “Qəhrəman təhsil işçiləri” kitabı hədiyyə olunub.