Neftaçala rayonunun təhsil müəssisələrinin ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları davam edir.
İndiyə kimi keçirilmiş yığıncaqlarda ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr, əmək hüquqlarının qorunması, işçilərin müraciətlərinin araşdırıması və qaldırımış məsələlər üzrə görülmüş müvafiq tədbirlər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilib. Həmçinin onların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Seçkilər isə açıq səsvermə yolu ilə həyata keçirilir, ittifaq üzvləri azad və sərbəst şəkildə öz seçimlərini edirlər. Bütün seçkilərdə gender bərabərliyi qorunur, qadın və kişi namizədlər üçün bərabər imkanlar yaradılır. Qeyd edək ki, hesabat-seçki yığıncaqlarında ATİAHİ Neftçala rayon komitəsinin nümayəndələri də iştirak edirlər.