Neftçalada hesabat-seçki yığncaqları yekunlaşıb

ATİAHİ Neftçala rayon komitəsinin xidmətində olan bütün ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları başa çatıb.
Qeyd edək ki, yığıncaqlarda ötən dövr ərzində ittifaqların gördüyü işlər, həyata keçirdiyi layihələr, əmək hüquqlarının müdafiəsi, işçilərin istirahətinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində atdığı addımlar barədə məlumatlar verilib.
Eləcə də ittifaq üzvlərinin rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Həmçinin yığıncaqlarda ittifaqların yeni tərkibi formalaşıb, sədrlər seçilib.
Keçirilən bütün yığıncaqlarda Neftçala rayon komitəsinin nümayəndələri də iştirak edib, yeni sədrlərə uğurlar arzulayıb, qarşıda duran vəzifələrdən danışıb, bəzi tapşırıq və tövsiyələrini veriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo