Neftçalada “Heydər Əliyev İli” şahmat yarışı keçirilib

Neftçala rayonunda “Heydər Əliyev İli” çərçivəsində təhsil işçiləri arasında şahmat yarışı keçirilib. ATİAHİ Neftçala rayon komitəsi tərəfindən təşkil olunan yarışın açılış mərasimində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, qurtuluş missiyasından, dövlət quruculuğu siyasətindən danışılıb.
Bildirilib ki, 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Çıxışlardan sonra idman yarışı başlayıb. Gərgin və maraqlı anları ilə yadda qalan yarışın qalibləri Neftçala rayon komitəsi tərəfindən mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo