Neftçalada ittifaq sədrləri ilə görüş keçirilib

ATİAHİ Neftçala rayon komitəsinə aid ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları başa çatıb.
Seçkilər nəticəsində ittifaqların yeni tərkibi formalaşıb, qurumlara sədrlər seçilib. Neftçala rayon komitəsi ilk dəfə seçilən ittifaq sədrləri ilə görüş keçirib. Görüşdə həmkarlar ittifaqlarının funksiyaları və vəzifələrindən, həyata keçirdiyi layihələrdən danışılıb. Həmçinin sədrlərə qarşıda duran vəzifələr barədə məlumat verilib, bəzi tövsiyə və tapşırıqlar çatdırılıb. Sonda iştirakçıların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.   
IMG-20240403-WA0010.jpg 145.82 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo