Neftçala rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. ATİAHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon müəllimləri iştirak ediblər. Çıxış edənlər müəllimlərin ünvanına təbriklər söyləyib, onların ölkəmizin inkişafında, gənc nəslin yetişməsində, cəmiyyətimizin formalaşmasında, dünya təhsil sisteminə inteqrasiya olunmasında xidmətlərindən bəhs ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsi sübut etdi ki, müəllimlərimizin zəhməti hədər getməyib. Məhz onların vətənpərvərlik ruhunda yetişdirdi gənclər 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Odur ki, parlaq Qələbəmizdə müəllimlərimiz böyük pay sahibidirlər. Həmçinin onlarla müəllim şəxsən döyüşlərə qatıldı, düşmənlə üz-üzə gələrək onları məhv etdi. Müəllimlərimiz bu qəhrəmanlıqları ilə gələcək nəsillərə böyük bir örnək oldular.
Çıxışlar zamanı eləcə də dövlətimizin təhsil siyasətindən, müəllimlərə göstərilən qayğıdan söz açılıb.
Sonda müəllimlərə fəxri fərman və hədiyyələr verilib.