Neftçalada Novruz şənliyi keçirilib

 Neftçala rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib.
ATİAHİ Neftçala rayon komitəsi tərəfindən təşkil olunan bayram şənliyində rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramının adət-ənənələrindən danışıb, iştirakçıları təbrik edib, onlara xoş ovqat, bahar əhvali-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıblar. Vurğulanıb ki, barışığın, tolerantlığın, qardaşlığın rəmzi olan Novruz xalqımızın tarixi keçmişinə yüksək ehtiramı və milli-mənəvi dəyərlərə dərin bağlılığı nümayiş etdirir.
Bildirilib ki, ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində qeyd olunan bahar bayramı hər birimizi qürurlandırdı. Və buna görə qəhrəman Vətən övladlarına borcluyuq.
Bayram süfrəsi arxasında keçirilən tədbirdə musiqi nömrələri səslənib, rəqslər edilib, iştirakçılar “Yallı” gediblər.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo