Martın 1-də ATİAHİ Neftçala rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda rayon komitəsinin hesabatı dinlənilib. Hesabatda ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr, o cümlədən ittifaq üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün layiqli iş şəraitinin yaradılması, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili istiqamətində atılmış addımlar öz əksini tapıb.
Hesabatı qənaətbəxş hesab edən ittifaq üzvlərinin çıxşları, rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.