Neftçalada şəhid anaları və xanımları ziyarət olunub
ATİAHİ Neftçala rayon komitəsinin və Təhsil sektorunun əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər. Görüş zamanı şəhid ailələrinin qadın üzvlərinə təbriklər deyilib, onlara hədiyyələr təqdim olunub.
Bildirilib ki, ölkəmizdə qadınlara hər zaman ali münasibət nümayiş etdirilib, onlar cəmiyyətimizin əsas aparıcı üzvləri olublar. Qeyd olunub ki, şəhid analarına və onların həyat yoldaşlarına göstərilən diqqət isə dünyanın heç bir ölkəsində yoxdur. İstər dövlətimiz, istərsə də vətəndaşlarımız onların adını daim uca tutur, hörmət və ehtiram nümayiş etdirirlər.
Ziyarət olunan xanımlar göstərilən qayğıya və dəstəyə görə, təşəkkürlərini bildiriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo