Neftçala rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqlar iştirak ediblər.
Çıxış edənlər bildirib ki, Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Tədbirdə uşaqlara hədiyyələr verilib, təbriklər çatdırılıb.