ATİAHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə rayonun bağça uşaqları iştirak ediblər.
Çıxış edənlər Azərbaycanda uşaq hüquqlarının qorunmasından, Prezident İlham Əliyevin uşaqların xoşbəxt böyüməsi, hərtərfli yetişməsi istiqamətində ölkəmizdə yaratdığı şəraitdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açıblar. Həmçinin uşaqların ünvanına təbriklər səslənib, onlara gələcək həyatlarında uğular arzulanıb.
Bayram şənliyi uşaqların hazırladıqları kompozisiyalarla davam edib. Təqdim olunan şou-proqramlar azyaşlıların sevincinə səbəb olub. Eləcə də təşkil olunan səhnəciklər, istedadlı balaca ifaçıların təqdimatında vətənpərvər ruhlu nəğmələr könülləri oxşayıb.