Neftçalada yeni seçilmiş ilk həmkarlar ittifaqı sədrləri ilə görüş olub

ATİAHİ Neftçala rayon komitəsində yeni seçilmiş ilk həmkarlar ittifaqı sədrləri ilə görüş keçirilib.
Görüşdə sədrlərə yeni işlərində uğrlar arzulanıb, bir sıra tövsiyə və tapşırılıqlar verilib. Bildirilib ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, peşə xəstəliklərinin minimuma endirilməsi üçün müvafiq tədbirlər görülməlidir.
Həmçinin vurğulanıb ki, ittifaqlara ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilməli və məmnunluq təmin olunmalıdır.
İclasda eləcə də sədrlərin rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.
20240328_093320.jpg 2.79 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo