Neftçalada Aprel şəhidinin anım mərasimi keçirilib

Neftçalada Aprel şəhidinin anım mərasimi keçirilib

2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun anım mərasimi keçirilib. Şəhidin adını daşıyan Neftçala şəhər 1 №-li məktəbdə təşkil olunan tədbirdə ATİAHİ Neftçala rayon komitəsinin əməkdaşları da iştirak ediblər.Mərasimdə şəhidin şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açılıb, əziz xatirəsi dərin ehtiramla yad edilib. Bildirilib ki, bütün şəhidlərimizin, o cümlədən Samidin ruhu bu gün şaddır, çünki can verdiyi Vətən torpağı azad olunub. Üçrəngli, ay ulduzlu bayrağımız Şərqi Zəngəzurda və Qarabağda əzəmətlə dalğalanır.Həmçinin iştirakçılar qəhrəmanımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Məktəbin şagirdləri onun məzarı üzərində vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. IMG-20240407-WA0028.jpg 237.24 KBIMG-20240407-WA0029.jpg 281.47 KB

29.04.2024

Neftçala rayon 1 №-li tam orta məktəb respublika müsabiqəsinin qalibi olub

Neftçala rayon 1 №-li tam orta məktəb respublika müsabiqəsinin qalibi olub

 “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qalibləri arasında Neftçala rayon 1 №-li tam orta məktəb də yer alıb. Bununla əlaqədar olaraq, ATİAHİ Respublika Komitəsi həmin məktəbi fəxri fərmanla təltif edib. ATİAHİ Neftçala rayon komitəsi fəxri fərmanı müəssisə rəhbərinə təqdim edib.Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.IMG-20240402-WA0032.jpg 251.37 KBIMG-20240402-WA0034.jpg 205.13 KB

29.04.2024

Neftçalada ittifaq sədrləri ilə görüş keçirilib

Neftçalada ittifaq sədrləri ilə görüş keçirilib

ATİAHİ Neftçala rayon komitəsinə aid ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları başa çatıb.Seçkilər nəticəsində ittifaqların yeni tərkibi formalaşıb, qurumlara sədrlər seçilib. Neftçala rayon komitəsi ilk dəfə seçilən ittifaq sədrləri ilə görüş keçirib. Görüşdə həmkarlar ittifaqlarının funksiyaları və vəzifələrindən, həyata keçirdiyi layihələrdən danışılıb. Həmçinin sədrlərə qarşıda duran vəzifələr barədə məlumat verilib, bəzi tövsiyə və tapşırıqlar çatdırılıb. Sonda iştirakçıların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.   IMG-20240403-WA0010.jpg 145.82 KB

29.04.2024

Neftçalada yeni seçilmiş ilk həmkarlar ittifaqı sədrləri ilə görüş olub

Neftçalada yeni seçilmiş ilk həmkarlar ittifaqı sədrləri ilə görüş olub

ATİAHİ Neftçala rayon komitəsində yeni seçilmiş ilk həmkarlar ittifaqı sədrləri ilə görüş keçirilib.Görüşdə sədrlərə yeni işlərində uğrlar arzulanıb, bir sıra tövsiyə və tapşırılıqlar verilib. Bildirilib ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, peşə xəstəliklərinin minimuma endirilməsi üçün müvafiq tədbirlər görülməlidir.Həmçinin vurğulanıb ki, ittifaqlara ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilməli və məmnunluq təmin olunmalıdır.İclasda eləcə də sədrlərin rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.20240328_093320.jpg 2.79 MB

03.04.2024

Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.ATİAHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə baş tutan aksiyada rayonun təhsil işçiləri iştirak ediblər.Aksiya ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətimizdə təbiətə qayğının artırılması, yaşıllıqların çoxaldılması məqsədilə təşkil olunub. Əraziyə relyefə və iqlimə uyğun müxtəlif növ dekorativ və meyvə ağacları əkilərək suvarılıb, təmizlik və abadlıq işləri həyata keçirilib. Komitədən bildirilib ki, aksiya bundan sonra da davam etdiriləcək.IMG-20240327-WA0034.jpg 1.15 MBIMG-20240327-WA0010.jpg 1.37 MBIMG-20240327-WA0006.jpg 1.4 MB

03.04.2024

Neftçalada Novruz şənliyi keçirilib

Neftçalada Novruz şənliyi keçirilib

 Neftçala rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib.ATİAHİ Neftçala rayon komitəsi tərəfindən təşkil olunan bayram şənliyində rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Çıxış edənlər xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramının adət-ənənələrindən danışıb, iştirakçıları təbrik edib, onlara xoş ovqat, bahar əhvali-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıblar. Vurğulanıb ki, barışığın, tolerantlığın, qardaşlığın rəmzi olan Novruz xalqımızın tarixi keçmişinə yüksək ehtiramı və milli-mənəvi dəyərlərə dərin bağlılığı nümayiş etdirir.Bildirilib ki, ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində qeyd olunan bahar bayramı hər birimizi qürurlandırdı. Və buna görə qəhrəman Vətən övladlarına borcluyuq.Bayram süfrəsi arxasında keçirilən tədbirdə musiqi nömrələri səslənib, rəqslər edilib, iştirakçılar “Yallı” gediblər. IMG-20240319-WA0025.jpg 317.45 KBIMG-20240319-WA0022.jpg 186.01 KB

03.04.2024

Neftçalada şəhid anaları və xanımları ziyarət olunub

Neftçalada şəhid anaları və xanımları ziyarət olunub

ATİAHİ Neftçala rayon komitəsinin və Təhsil sektorunun əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər. Görüş zamanı şəhid ailələrinin qadın üzvlərinə təbriklər deyilib, onlara hədiyyələr təqdim olunub.Bildirilib ki, ölkəmizdə qadınlara hər zaman ali münasibət nümayiş etdirilib, onlar cəmiyyətimizin əsas aparıcı üzvləri olublar. Qeyd olunub ki, şəhid analarına və onların həyat yoldaşlarına göstərilən diqqət isə dünyanın heç bir ölkəsində yoxdur. İstər dövlətimiz, istərsə də vətəndaşlarımız onların adını daim uca tutur, hörmət və ehtiram nümayiş etdirirlər.Ziyarət olunan xanımlar göstərilən qayğıya və dəstəyə görə, təşəkkürlərini bildiriblər.IMG-20240308-WA0088.jpg 221.05 KBIMG-20240308-WA0078.jpg 325.6 KBIMG-20240308-WA0071.jpg 269.69 KB20240308_154043.jpg 1.74 MBIMG-20240308-WA0060.jpg 378.61 KB20240308_160304.jpg 1.33 MBIMG-20240308-WA0059.jpg 310.46 KB20240308_171657.jpg 1.26 MBIMG-20240308-WA0056.jpg 370.02 KB20240308_154025.jpg 2.19 MB20240308_150839.jpg 1.41 MB

15.03.2024

Neftçalada rayon komitəsi ittifaq üzvlərinə hesabat verib

Neftçalada rayon komitəsi ittifaq üzvlərinə hesabat verib

Martın 1-də ATİAHİ Neftçala rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda  rayon komitəsinin hesabatı dinlənilib. Hesabatda ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr, o cümlədən ittifaq üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün layiqli iş şəraitinin yaradılması, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili istiqamətində atılmış addımlar öz əksini tapıb.Hesabatı qənaətbəxş hesab edən ittifaq üzvlərinin çıxşları, rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.IMG_0030.JPG 1.2 MBIMG_0043 (1).JPG 2.01 MBIMG_0020 (1).JPG 1.16 MB

06.03.2024

Neftçalada hesabat-seçki yığncaqları yekunlaşıb

Neftçalada hesabat-seçki yığncaqları yekunlaşıb

ATİAHİ Neftçala rayon komitəsinin xidmətində olan bütün ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları başa çatıb.Qeyd edək ki, yığıncaqlarda ötən dövr ərzində ittifaqların gördüyü işlər, həyata keçirdiyi layihələr, əmək hüquqlarının müdafiəsi, işçilərin istirahətinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində atdığı addımlar barədə məlumatlar verilib.Eləcə də ittifaq üzvlərinin rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.Həmçinin yığıncaqlarda ittifaqların yeni tərkibi formalaşıb, sədrlər seçilib.Keçirilən bütün yığıncaqlarda Neftçala rayon komitəsinin nümayəndələri də iştirak edib, yeni sədrlərə uğurlar arzulayıb, qarşıda duran vəzifələrdən danışıb, bəzi tapşırıq və tövsiyələrini veriblər.IMG-20240219-WA0009.jpg 99.59 KBIMG-20240219-WA0010.jpg 105.61 KBIMG-20240218-WA0017.jpg 204.65 KB

26.02.2024

Neftçalada hesabat-seçki yığıncaqları keçirilir

Neftçalada hesabat-seçki yığıncaqları keçirilir

Neftaçala rayonunun təhsil müəssisələrinin ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları davam edir.İndiyə kimi keçirilmiş yığıncaqlarda ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr, əmək hüquqlarının qorunması, işçilərin müraciətlərinin araşdırıması və qaldırımış məsələlər üzrə görülmüş müvafiq tədbirlər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilib. Həmçinin onların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.Seçkilər isə açıq səsvermə yolu ilə həyata keçirilir, ittifaq üzvləri azad və sərbəst şəkildə öz seçimlərini edirlər. Bütün seçkilərdə gender bərabərliyi qorunur, qadın və kişi namizədlər üçün bərabər imkanlar yaradılır. Qeyd edək ki, hesabat-seçki yığıncaqlarında ATİAHİ Neftçala rayon komitəsinin nümayəndələri də iştirak edirlər.IMG-20240206-WA0041.jpg 95.95 KBIMG-20240206-WA0025.jpg 85 KBIMG-20240206-WA0023.jpg 93.01 KBIMG-20240206-WA0000.jpg 94.95 KB

12.02.2024

Neftçalada voleybol yarışı təşkil olunub

Neftçalada voleybol yarışı təşkil olunub

Neftçala rayonunda məktəblilər arasında voleybol yarışı keçirilib. ATİAHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə baş tutan yarış torpaqlarımızın azadlığı və Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş gənclərin əziz xatirəsinə həsr edilib.Gərgin mübarizə şəraitində keçən oyunlar komandaların azarkeşləri tərəfindən də maraqla izlənilib.Qaliblərə rayon komitəsi tərəfindən medallar və fəxri fərman verilib.V5.jpg 279.95 KBV4.jpg 255.28 KBV3.jpg 212.39 KBV2.jpg 157.94 KB

12.02.2024

Neftçalada gənclərlə görüş olub

Neftçalada gənclərlə görüş olub

ATİAHİ Neftçala rayon komitəsində 2 Fevral - Gənclər Günü ərəfəsində bayram süfrəsi arxasında gənc ittifaq üzvləri ilə görüş keçirilib.Tədbirdə Azərbaycan gəncliyinin qazandıqları nailiyyətlərdən və dövlətimizin inkişafında xidmətlərindən danışılıb. Bildirilib ki, xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin ətrafında sıx birləşən gənc nəsil böhrandan çıxış yolunu yalnız Ulu Öndərin şəxsində gördülər. Dövlətimizin qurulmasında, müstəqilliyimizin qorunmasında fədakarlıqla mübarizə apardılar. Qısa müddətdə ölkəmizi məhv olmaqdan xilas edən dahi Lider gənclər siyasətini prioritet istiqamətə çevrdi. Onun gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar dövlətimizin ictimai-siyasi həyatında gənclərin parlamasına, aktiv iştirakına geniş imkanlar açdı.Vurğulanıb ki, Prezident İlham Əliyevin qayğısının və bu sahəyə olan diqqətinin nəticəsidir ki, gənc nəslin ictimai-siyasi həyatda rolu durmadan artır, ölkənin əsas aparıcı qüvvəsini təşkil edirlər, həmçinin onlarda öz gücünə, istedadına, bacarığına inam hissi güclənib. 2007-ci ilin “Gənclər İli” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyətinə əlverişli şərait yaratmış oldu.Həmçinin tədbirdə çıxış edən gənclər dövlətimizin onların hərtərəfli inkişafı üçün yaratdığı şəraitdən razılıqlarını ifadə ediblər.IMG-20240131-WA0072.jpg 128.97 KBIMG-20240131-WA0051.jpg 115.81 KBIMG-20240131-WA0050.jpg 81.94 KB

01.02.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

Neftçalada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik təşkil olunub

Neftçalada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik təşkil olunub

Neftçala rayonunda təhsil işçilərinin iştirakı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib.ATİAHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə 100-dən artıq ittifaq üzvü iştirak edib.Tədbirdə çıxış edənlər 2023-cü ildə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, artan iqtisadi qüdrətindən, təhsil sahəsinə dövlətimizin diqqət və qayğısından, müəllimlərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində atılan addımlardan danışıblar.Həmçinin iştirakçılar üçün süfrə açılıb, musiqi proqramı təqdim olunub. Sonda müəllimlər onlara göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür ediblər.IMG-20231228-WA0145.jpg 108.54 KBIMG-20231228-WA0123.jpg 160.91 KBIMG-20231228-WA0124.jpg 232.2 KBIMG-20231228-WA0126.jpg 250.35 KBIMG-20231228-WA0128.jpg 89.44 KB

09.01.2024

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo